Azərbaycanda Yaşıl Kart Sistemi üzrə sığorta müqavilələrinin sayı 2 mini keçib

Azərbaycanda Yaşıl Kart Sistemi üzrə sığorta müqavilələrinin sayı 2 mini keçib İyun ayında 827 Yaşıl Kart müqaviləsi bağlanılıb
Maliyyə
1 İyul , 2016 10:41
Azərbaycanda Yaşıl Kart Sistemi üzrə sığorta müqavilələrinin sayı 2 mini keçib

Bakı. 1 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda Yaşıl Kart sığorta sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 827 beynəlxalq sığorta müqaviləsi bağlanılıb. 

"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, bundan 783 müqavilə Türkiyə və İrana, 37 müqavilə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, 7 müqavilə isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. İyunda beynəlxalq sığorta müqavilələri üzrə sığorta daxilolmaları 63,7 min manat təşkil edib.

Yaşıl Kart üzrə bağlanan müqavilələrin 703-ü minik, 62-si yük, 52-si qoşqu, 8-i avtobus, 2-si isə motosiklet kateqoriyasından nəqliyyat vasitələri ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan Yaşıl Kart Sisteminə 2016-cı ilin əvvəlindən qoşulub. Bu ilin yanvar-iyun ayları ərzində 2 271 beynəlxalq sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə sığorta haqlarının məbləği 287,7 min manat olub.

Son xəbərlər

Orphus sistemi