Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün vergilər naziri Mikayıl Cabbarov Misirin Azərbaycandakı səfiri Adel İbrahim ilə görüşüb.
Vergilər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı investisiya qoyuluşları üçün nəzərdə tutulan güzəştlər, azadolmalar və digər stimullaşdırıcı tədbirlər müzakirə olunub.

