Azərbaycanla Belçika arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanla Belçika arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib Bakı. 20 iyul. REPORT.AZ/ Vergilər Nazirliyində Belçika KrallığınınAzərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bert Şufs ilə görüş keçirilib.
Maliyyə
20 İyul , 2018 11:23
Azərbaycanla Belçika arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib
taxes.gov.az
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Vergilər Nazirliyində Belçika KrallığınınAzərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bert Şufs ilə görüş keçirilib.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir.

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda mövcud olan vergi mühiti və xarici investorlar üçün yaradılan şərait barədə məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Belçika Krallığı arasında iqtisadi əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi