Azərbaycanın yeni yaradılmış meyvə-tərəvəz ixracatçısı nizamnamə kapitalını formalaşdırır

Azərbaycanın yeni yaradılmış meyvə-tərəvəz ixracatçısı nizamnamə kapitalını formalaşdırır Maliyyə Bazarlarına Nəzarət Palatası “Meyvə və tərəvəz ixrac əməliyyatları üzrə” QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb
Maliyyə
22 Avqust , 2017 11:46
Azərbaycanın yeni yaradılmış meyvə-tərəvəz ixracatçısı nizamnamə kapitalını formalaşdırır

Bakı. 22 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Meyvə və tərəvəz ixrac əməliyyatları üzrə” QSC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 20 manat olan 100 ədəd səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək və şirkətə 2 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək.

Xatırladaq ki, adıçəkilən meyvə-tərəvəz ixracatçısını Vergilər Nazirliyi bu il, iyulun 7-də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, 57, qanuni təmsilçisi isə Kahin Muxtar oğlu Əskərovdur. 

Son xəbərlər

Orphus sistemi