Azərbaycanın xidmətlər və ilkin gəlirlər balansı kəsirli olaraq qalır

Azərbaycanın xidmətlər və ilkin gəlirlər balansı kəsirli olaraq qalır Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansının qalığı 3 061,5 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 4 888,5 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 1 244,3 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 850,3 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 795,2 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 267,6 milyon dollarlıq qalıq hesabına formalaşıb.
Maliyyə
13 Sentyabr , 2019 18:26
Azərbaycanın xidmətlər və ilkin gəlirlər balansı kəsirli olaraq qalır

Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansının qalığı 3 061,5 milyon ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət balansında 4 888,5 milyon dollarlıq qalıq, xidmətlər balansındakı 1 244,3 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansındakı 850,3 milyon dollarlıq kəsir (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı 795,2 milyon dollarlıq kəsir) və təkrar gəlirlər balansındakı 267,6 milyon dollarlıq qalıq hesabına formalaşıb.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il xarici ticarət balansının qalığı 2,6% azalıb, xidmətlər balansının kəsiri 30,5% artıb, ilkin gəlirlər balansının kəsiri 6,1% azalıb (o cümlədən investisiya gəlirlərinin repartiasiyasındakı kəsiri 5,7% artıb), təkrar gəlirlər balansının qalığı 26,4% azalıb. 

Son xəbərlər

Orphus sistemi