Bakı. 15 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan digər ölkələrlə 25 223,871 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"Report”
10 ay ərzində idxal əməliyyatlarının 9 252,56 mln. dollar olub (illik müqayisədə 2 294,179 mln. dollar və ya 32,97% çox), ixrac əməliyyatlarının dəyəri isə 15 971,311 mln. dollar (6 917,109 mln. dollar və yaxud 76,4% çox) olub. Nəticədə xarici ticarətdə 6 718,751 mln. dollar məbləğində müsbət saldo yaranıb.