Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 59% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 59% artıb Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan xarici ölkələrlə 30,924 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Maliyyə
1291
17 Yanvar , 2019 12:14
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 59% artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan xarici ölkələrlə 30,924 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 37% çoxdur.

Ötən il ticarət dövriyyəsinin 19,459 mlrd. dolları ixracın, 11,465 mlrd. dolları idxalın payına düşüb. Bir ildə ixrac 41%, idxal isə 31% artıb.

Beləliklə xarici ticarətdə 7,994 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 2017-ci ilə nisbətən 59% çoxdur. 

Son xəbərlər

Orphus sistemi