Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 14 082 176,75 min ABŞ dolları təşkil edib.
"Report"un
Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi 32,83%, ixrac 46,69% azalıb, idxal isə 5,08% artıb. Nəticədə illik müqayisədə xarici ticarət dövriyyəsinin müsbət saldosu təxminən 4,3 dəfə azalıb.
Təkcə bu ilin avqust ayında ticarət dövriyyəsinin həcmi 1 304 272,59 min dollar olub. Müvafiq olaraq avqustda 593 310,37 min dollarlıq idxal, 710 962,22 min dollarlıq isə ixrac əməliyyatları aparılıb. Bu isə müvafiq olaraq idxalın çəkisinin 45,49%, ixracın isə həcminin 54,51% olduğunu göstərir.