Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 30,688 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report”
11 aylıq xarici ticarət dövriyyəsinin 18,303 milyard dolları ixracın, 12,385 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,15%, idxal isə 20,3% artıb.
Son nəticədə xarici ticarətdə 5,919 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 22,35% azdır.