Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 21% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 21% azalıb Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 14,449 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Maliyyə
15 İyun , 2019 09:26
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 21% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 14,449 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur.

5 aylıq xarici ticarət dövriyyəsinin 8,615 milyard dolları ixracın, 5,834 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 16,9%, idxal isə 51,3% artıb.

Son nəticədə xarici ticarətdə 2,78 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 20,9% azdır.

Son xəbərlər

Orphus sistemi