Azərbaycanın xarici dövlət borcu 10 mlrd. dollara yaxınlaşıb - ƏLAVƏ OLUNUB

Azərbaycanın xarici dövlət borcu 10 mlrd. dollara yaxınlaşıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 15:53-də verilib
Maliyyə
12 İyun , 2018 16:00
Azərbaycanın xarici dövlət borcu 10 mlrd. dollara yaxınlaşıb - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

İlk xəbər saat 15:53-də verilib

Bakı. 12 iyun. REPORT.AZ/ Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 mlrd. dollar təşkil edib.

Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir. 

***

Martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

- Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları – 6%;

- ABŞ dolları – 81%;

- avro – 9,4%;

- yapon yeni – 2,5%;

- digər valyutalar – 1,1%.

Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.

Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 mln. dollar vəsait istifadə edilib.

Aprelin 1-nə dövlətin daxili borcu isə 1 069,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi