Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. 600 mln. dollar artıb

Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. 600 mln. dollar artıb Bunu Prezident İlham Əliyev Lənkəranda respublika müşavirəsində deyib
Maliyyə
3 Sentyabr , 2017 15:01
Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. 600 mln. dollar artıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

O qeyd edib ki, kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb:

“Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük”.

İlham Əliyev deyib ki, bu ilin 7 ayında ticarət dövriyyəsinin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb:

“Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.

Son xəbərlər

Orphus sistemi