Azərbaycanın valyuta ehtiyatları 519 mln. dollar artıb

Azərbaycanın valyuta ehtiyatları 519 mln. dollar artıb Son bir ildə isə ölkənin valyuta ehtiyatları 672 mln. dollar və yaxud 1,8% azalıb
Maliyyə
18 Aprel , 2017 14:43
Azərbaycanın valyuta ehtiyatları 519 mln. dollar artıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanın valyuta ehtiyatları 2017-ci il aprelin 1-nə 37 639,9 mln. ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 88,2%-i və yaxud 33 207,2 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 11,8%-i və yaxud 4 432,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 518,5 mln. dollar və yaxud 1,4% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 60,2 mln. dollar və yaxud 0,2%, AMB-nin valyuta ehtiyatlarında isə 458,3 mln. dollar və yaxud 11,4% olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 671,9 mln. dollar və yaxud 1,75% azalıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 1 038,8 mln. dollar və yaxud 3% azalıb, AMB-nin ehtiyatları isə 366,9 mln. dollar və yaxud 9% artıb.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)
Azərbaycanın məcmu valyuta ehtiyatları
(mln. ABŞ dolları)
01.04.2017 33 207,2 4 432,7 37 639,9
01.01.2017 33 147,0 3 974,4 37 121,4
01.10.2016 35 822,1 4 132,7 39 954,8
01.07.2016 35 117,9 4 283,9 39 401,8
01.04.2016 34 246,0 4 065,8 38 311,8

Son xəbərlər

Orphus sistemi