Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib

Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib “Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır”.
Maliyyə
10 Yanvar , 2020 15:47
Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib

“Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır”.

“Report” xəbər verir ki, bunu qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.

“Son nəticədə həm AMB-nin, həm də Azərbaycanın valyuta ehtiyatları artmaqdadır və artıq ölkəmizin ehtiyatları 51 milyard ABŞ dollarını keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi