Bu ilin I rübündə Azərbaycanın valyuta bazarında 10,3 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
"Report" Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 32,05 % çoxdur.
Rüblük əməliyyatların 8,9 milyard ABŞ dolları nağdsız, 1,4 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 31 % və 40 % çoxdur.
Nağdsız valyuta əməliyyatlarının 81 %-i ABŞ dollarında, 19 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 91,6 %-i ABŞ dollarında, 8,4 %-i digər valyutalarda baş tutub.