Azərbaycanın üzvü olduğu bank ötən il 20 milyon avrodan çox mənfəət əldə edib

Azərbaycanın üzvü olduğu bank ötən il 20 milyon avrodan çox mənfəət əldə edib Qara Dəniz Ticarət və İnkişaf Bankı (Black Sea Trade and Development Bank - BSTDB) 2023-cü ili 20,409 milyon avro mənfəətlə başa vurub. Halbuki, Bank 2022-ci ildən 27,586 milyon avro zərərlə çıxmışdı.
Maliyyə
10 İyul , 2024 17:27
Azərbaycanın üzvü olduğu bank ötən il 20 milyon avrodan çox mənfəət əldə edib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (Black Sea Trade and Development Bank - BSTDB) 2023-cü ili 20,409 milyon avro mənfəətlə başa vurub. Halbuki, Bank 2022-ci ildən 27,586 milyon avro zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il Bankın əməliyyat gəlirləri 67,11 milyon avro (əvvəlki ilə nisbətən 5,2 % çox), kadr xərcləri 17,63 milyon avro (3,1 az), inzibati xərcləri 4,89 milyon avro (7,6 çox), amortizasiya xərcləri 456 min avro (34,5 % çox), amortizasiya olunmuş dəyərlə ölçülən kreditlər üzrə gözlənilən kredit zərəri 23,248 milyon avro (2,9 dəfə az), borc investisiya qiymətli kağızları üzrə gözlənilən kredit zərəri 477 min avro (əvvəlki il gəlir olub) təşkil edib.

Bu il yanvarın 1-nə Qara Dəniz Ticarət və İnkişaf Bankının aktivləri 2 milyard 168,885 milyon avro olub ki, bu da illik müqayisədə 26,1 % azdır. Hesabat dövründə Bankın öhdəlikləri 37,6 % azalaraq 1 309,748 milyon avroya düşüb, balans kapitalı isə 2,7 % artaraq 859,137 milyon avroya çatıb.

Xatırladaq ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5 %-dir.

Son xəbərlər

Orphus sistemi