Bakı. 26 yanvar. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatlarının istehsalı ilə məşğul olan "Tabaterra" QSC nizamnamə kapitalını 2 dəfə artıraraq 30,05 mln. manatdan 60,1 mln. manata çatdırıb.
"Report" bu barədə
Xatırladaq ki, "Tabaterra" 2017-ci il noyabrın 17-də Parkın rezidenti olub. Bundan 1 il sonra, ötən il noyabrın 16-da isə şirkətin siqaret fabriki istifadəyə verilib.