Azərbaycanın tədiyyə balansının ümumi qalığı 50% artıb

Azərbaycanın tədiyyə balansının ümumi qalığı 50% artıb Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 634,7 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
13 Sentyabr , 2019 18:21
Azərbaycanın tədiyyə balansının ümumi qalığı 50% artıb

Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 634,7 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,3% çoxdur.

Artım, əsasən, dünya bazarında neftin qiymətinin yüksək olması, eləcə də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına baş verib.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 061,5 milyon dollarlıq qalıq (illik müqayisədə 13,1% az), kapital hesabındakı 2,5 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), maliyyə hesabındakı 59,2 milyon dollarlıq qalıq (1 il bundan kəsir olub), balanslaşdırıcı maddələr üzrə 516,5 milyon dollarlıq qalıq (24,6% az) hesabına formalaşıb. 

Son xəbərlər

Orphus sistemi