Azərbaycanın tədiyyə balansının ümumi qalığı 14% artıb

Azərbaycanın tədiyyə balansının ümumi qalığı 14% artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 4 166,8 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
13 Dekabr , 2019 16:28
Azərbaycanın tədiyyə balansının ümumi qalığı 14% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 4 166,8 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.

Artım, əsasən, dünya bazarında neftin qiymətinin yüksək olması, eləcə də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına baş verib.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 4 003 milyon dollarlıq qalıq (illik müqayisədə 21,3% az), kapital hesabındakı 3,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), maliyyə hesabındakı 339,9 milyon dollarlıq kəsir (86,2% az), balanslaşdırıcı maddələr üzrə 507,4 milyon dollarlıq qalıq (51,15% az) hesabına formalaşıb. 

Son xəbərlər

Orphus sistemi