Azərbaycanın tədiyyə balansında ötən il 1,6 mlrd. dollarlıq profisit yaranıb

Azərbaycanın tədiyyə balansında ötən il 1,6 mlrd. dollarlıq profisit yaranıb Hesabat dövründə cari əməliyyatlar hesabının profisiti isə 1,7 mlrd. dollar olub
Maliyyə
31 Mart , 2018 12:55
Azərbaycanın tədiyyə balansında ötən il 1,6 mlrd. dollarlıq profisit yaranıb

Bakı. 31 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi profisiti 1,6 mlrd. ABŞ dolları təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, həm neftin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.

Hesabat dövründə cari əməliyyatlar hesabında 1,7 mlrd. dollarlıq profisit yaranıb. O cümlədən neft-qaz sektoru üzrə profisit 7,4 mlrd. dollar (illik müqayisədə 3 mlrd. dollar çox), qeyri-neft sektoru üzrə kəsir isə 5,7 mlrd. dollar (illik müqayisədə 56 mln. dollar az) olub.

CƏB-dəki profisit, əsasən, xarici ticarət balansında profisitin 1,5 dəfə artması, neft-qaz sektoru üzrə ixracın 14% artması, idxalın isə 1,7 dəfə azalması, qeyri-neft xidmətlər balansında kəsirin azalması, o cümlədən turizm xidmətləri üzrə balansın 353 mln. dollar müsbət olması, ilkin gəlirlər balansında kəsirin illik müqayisədə 713 mln. dollar azalması, təkrar gəlirlər balansında 709 mln. dollarlıq profisitin yaranması hesabına təmin edilib. 

Son xəbərlər

Orphus sistemi