Azərbaycanın sığorta şirkəti yeni nümayəndəliyini və satış ofisini istifadəyə verib

Azərbaycanın sığorta şirkəti yeni nümayəndəliyini və satış ofisini istifadəyə verib Bakı. 17 avqust. REPORT.AZ/ “AtaSığorta” ASC Zaqatalada yeni nümayəndəliyini, Bərdədə isə yeni satış ofisini istifadəyə verib.Bu barədə “Report”a ş...
Maliyyə
17 Avqust , 2017 17:30
Azərbaycanın sığorta şirkəti yeni nümayəndəliyini və satış ofisini istifadəyə verib

Bakı. 17 avqust. REPORT.AZ/ “AtaSığorta” ASC Zaqatalada yeni nümayəndəliyini, Bərdədə isə yeni satış ofisini istifadəyə verib.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumatda deyilir ki, nümayəndəlik Zaqatala şəhəri, Nizami küçəsi, 36 B ünvanında, satış ofisi isə Bərdə şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərir.

Regionlarda xidmət şəbəkəsinin genişləndirilməsi “AtaSığorta”ın əsas inkişaf prioritetlərindən biridir. Yeni nümayəndəlik və satış ofisi Zaqatala və Bərdə rayonları ilə yanaşı ətrafdakı digər yaşayış məntəqələrinin əhalisinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcək.

“AtaHolding” MMC-yə daxil olan “AtaSığorta” 2004-cü ildə yaradılıb. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir, İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Onun xidmət şəbkəsində 50-dən artıq filial, nümayəndəlik və ofis daxildir.

Son xəbərlər

Orphus sistemi