Azərbaycanın sığorta şirkəti 1,1 mln. manatlıq ödəniş verib

Azərbaycanın sığorta şirkəti 1,1 mln. manatlıq ödəniş verib Kompensasiya tikinti-montaj risklərinin sığortası üzrə ödənilib
Maliyyə
11 Yanvar , 2017 11:55
Azərbaycanın sığorta şirkəti 1,1 mln. manatlıq ödəniş verib

Bakı. 11 yanvar. REPORT.AZ/ “Meqa Sığorta” ASC ötən ay müştərilərindən birinə 1,122 mln. manat məbləğində kompensasiya ödəyib. Bu barədə “Report”a Şirkətdən bildirilib.

Məlumata görə, sığorta ödənişi tikinti-montaj risklərinin sığortası üzrə verilib. İnşaat zamanı sığorta obyektinə ziyan dəyib və yaranmış zərəri “Meqa Sığorta” qarşılayıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi