Azərbaycanın sığorta sektorunun aktivləri ötən il 4% azalıb

Azərbaycanın sığorta sektorunun aktivləri ötən il 4% azalıb Bu, 2019-cu ilin sonu ilə müqayisədə 4,15 % azdır
Maliyyə
9 Mart , 2021 17:17
Azərbaycanın sığorta sektorunun aktivləri ötən il 4% azalıb

2020-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 339,5 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, 2019-cu ilin sonu ilə müqayisədə 4,15 % azdır.

Azalma “AXA Mbask” Sığorta Şirkəti və “Amrah Sığorta” ASC-lərinin sığorta bazarını könüllü şəkildə tərk etməsi, “Standard Insurance” Sığorta Şirkəti ASC-nin isə bazardan məcburi şəkildə kənarlaşdırılması ilə bağlıdır.

Bu ilin əvvəlinə sektorun aktivlərinin 516,2 milyon manatı və yaxud 38,5 %-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 6,9 % azdır. O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 7,2 % azalaraq 436 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 4,75 % azalaraq 80,2 milyon manata düşüb.

Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 13,5 % azalaraq 313,5 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 19 % artaraq 121,3 milyon manat, digər aktivləri isə 2,5 % artaraq 388,5 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi