Azərbaycanın sığorta brokeri ötən ili 41,5 min manat xalis mənfəətlə başa vurub

Azərbaycanın sığorta brokeri ötən ili 41,5 min manat xalis mənfəətlə başa vurub Bakı. 19 aprel. REPORT.AZ/ “Şəbəkə Sığorta Brokeri” MMC 2016-cı ilin yekunu üzrə maliyyə hesabatı verib.
Maliyyə
19 Aprel , 2017 09:33
Azərbaycanın sığorta brokeri ötən ili 41,5 min manat xalis mənfəətlə başa vurub

Bakı. 19 aprel. REPORT.AZ/ “Şəbəkə Sığorta Brokeri” MMC 2016-cı ilin yekunu üzrə maliyyə hesabatı verib.

“Report” xəbər verir ki, 1 yanvar 2017-ci il tarixinə şirkətin aktivləri 153,2 min manat, o cümlədən uzunmüddətli aktivləri 83,8 min manat, qısamüddətli aktivləri isə 69,4 min manat təşkil edib.

Ötən ilin sonuna “Şəbəkə Sığorta Brokeri”nin cəmi öhdəlikləri 111,7 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri 103,4 min manat, qısamüddətli öhdəlikləri 8,3 min manat olub.

Cəmi 20 manat nizamnamə kapitalı ilə fəaliyyətə başlamış şirkətin hazırda məcmu kapitalı 41,5 min manatdır ki, bu da onun ötən il əldə etdiyi xalis mənfəət hesabına formalaşıb.

Qeyd edək ki, 2016-cı ildə sığorta brokerinin gəlirləri 378,2 min manat, xərcləri isə 326,3 min manat təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 51,9 min manat olub ki, bunun da 10,4 min manat mənfəət vergisi kimi ödənilib.

Xatırladaq ki, “Şəbəkə Sığorta Brokeri” 2013-cü ildə yaradılıb, aktiv fəaliyyətə 2016-cı ildə keçib. 

Son xəbərlər

Orphus sistemi