Azərbaycanın sığorta bazarı 9%-ə yaxın böyüyüb

Azərbaycanın sığorta bazarı 9%-ə yaxın böyüyüb Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 668,926 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
212
25 Dekabr , 2020 13:08
Azərbaycanın sığorta bazarı 9%-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 668,926 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 391,454 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,2 % çoxdur.

2020-cu ilin yanvar-noyabr aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-noyabr aylarında bu göstərici 41 manat olub.

Son xəbərlər

Orphus sistemi