Azərbaycanın sığorta bazarı 55% böyüyüb

Azərbaycanın sığorta bazarı 55% böyüyüb Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin ilk 4 ayının yekunlarını açıqlayıb
Maliyyə
18 May , 2018 18:02
Azərbaycanın sığorta bazarı 55% böyüyüb

Bakı. 18 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 301,4 mln. manat sığorta haqqı toplayıb və 78,5 mln. manat sığorta ödənişi həyata keçirib.

"Report" bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir. 

Məlumata görə, illik müqayisədə sığorta yığımları 55%, sığorta ödənişləri isə 4% artıb. 

4 ay ərzində könüllü sığorta bazarı üzrə haqlar 220,9 mln. manat, ödənişlər isə 56,9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 80,5 mln. manat, ödənişlər isə 21,6 mln. manat olub. 

Məcmu sığorta haqlarının 73,3%-i könüllü, 26,7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72,5%-i könüllü, 26,5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi