Azərbaycanın sığorta bazarı 33% böyüyüb

Azərbaycanın sığorta bazarı 33% böyüyüb Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 617,171 mln. manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
27 Noyabr , 2018 17:53
Azərbaycanın sığorta bazarı 33% böyüyüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 617,171 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,4% çoxdur.

10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 205,96 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 0,65% çoxdur.

Bu il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33,4 manatı ödəniş edilib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 44,2 manat olub.

Son xəbərlər

Orphus sistemi