Azərbaycanın sığorta bazarı 11% böyüyüb

Azərbaycanın sığorta bazarı 11% böyüyüb Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 400,959 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
24 İyul , 2020 11:59
Azərbaycanın sığorta bazarı 11% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 401 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 184,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,2% çoxdur.

2020-cu ilin yanvar-iyun aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,1 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-iyun aylarında bu göstərici 33 manat olub.

Son xəbərlər

Orphus sistemi