Azərbaycanın sığorta bazarı 11% böyüyüb

Azərbaycanın sığorta bazarı 11% böyüyüb Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 467,483 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
306
27 Avqust , 2020 16:49
Azərbaycanın sığorta bazarı 11% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 467,483 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 223,196 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,3% çoxdur.

2020-ci ilin yanvar-iyul aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 47,7 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-iyul aylarında bu göstərici 36,6 manat olub.

Orphus sistemi