Azərbaycanın rəqəmsal ödəniş strategiyası Qazaxıstanda təqdim olunub

Azərbaycanın rəqəmsal ödəniş strategiyası Qazaxıstanda təqdim olunub Qazaxıstanın Almatı şəhərində “Sərhədsiz Fintex. Rəqəmsal Avrasiya” mövzusunda 2-ci Beynəlxalq PLUS-Forum keçirilib.
Maliyyə
29 Oktyabr , 2021 13:59
Azərbaycanın rəqəmsal ödəniş strategiyası Qazaxıstanda təqdim olunub

Qazaxıstanın Almatı şəhərində “Sərhədsiz Fintex. Rəqəmsal Avrasiya” mövzusunda 2-ci Beynəlxalq PLUS-Forum keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiyasiya məlumat yayıb.

Bildirilir ki, iki günlük tədbirdə rəqəmsal ekosistem sahəsində aktual mövzularda, o cümlədən mərkəzi bankların rəqəmsal valyutaları, açıq bankçılıq texnologiyası, fintexlər tərəfindən tətbiq edilən yeni məhsul və xidmətlər, bank xidmətlərinin rəqəmsallaşdırılması ətrafında təqdimatlar keçirilib. Tədbirdə region ölkələrinin maliyyə bazarlarının tənzimləyici-nəzarətedici qurumları və ekosistem iştirakçıları olan maliyyə institutları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Forumda Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov “Ödəniş ekosistemi və fintex” mövzusunda təqdimatla çıxış edərək Azərbaycanda bu sahədə həyata keçirilən uğurlu islahatlara, əldə olunan nailiyyətlərə dair göstəriciləri, fintex ekosistemi və onun xarakterik xüsusiyyətləri, həmçinin rəqəmsal ödənişlərin gələcək inkişaf strategiyasını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi