Azərbaycanın qiymətli kağızlar bazarı 24%-dən çox kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 24%-dən çox kiçilib İlkin bazar 40,8% azalıb, təkrar bazar isə 42,3% artıb
Maliyyə
270
27 Oktyabr , 2020 14:05
Azərbaycanın qiymətli kağızlar bazarı 24%-dən çox kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 9 mlrd 148,2 mln manatlıq əməliyyat aparılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% azdır.

9 aylıq göstəricinin 5 mlrd 726,1 mln manatlıq hissəsi ilkin bazarda (40,8% az), 3 mlrd 422,1 mln manatlıq hissəsi isə təkrar bazarda (42,3% çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 4 185 əqd bağlanılıb. Bu illik müqayisədə 4,8% azdır. Əqdlərin 988-i ilkin bazarın (30,7% az), 3 197-si isə təkrar bazarın (7,6% çox) payına düşüb.

Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 5 mlrd 657,3 mln manatlıq hissəsi və yaxud 61,8%-i dövlət qiymətli kağızlarının, 2 mlrd 111,4 mln manatlıq hissəsi və yaxud 23,1%-i korporativ qiymətli kağızların, 1 mlrd 379,5 mln manatlıq hissəsi və yaxud 15,1%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 39,3% az, 10,3% çox və 63,7% çoxdur.

Ötən 9 ayda bu bazarda bağlanmış əqdlərin isə 1 221-i və yaxud 29,2%-i dövlət qiymətli kağızlarının, 2 083-i və yaxud 49,8%-i korporativ qiymətli kağızların, 881-si və yaxud 21%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 23,9% az , 12,1% az və təxminən 2,1 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi