Azərbaycanın qeyri-həyat sığortası bazarında yığımlar və ödənişlər artıb

Azərbaycanın qeyri-həyat sığortası bazarında yığımlar və ödənişlər artıb Bakı. 2 fevral. REPORT.AZ/ Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının 386,961 mln. manatı və ya 50,68%-i qeyri-həyat sığortasının payına düşüb.
Maliyyə
2 Fevral , 2019 16:56
Azərbaycanın qeyri-həyat sığortası bazarında yığımlar və ödənişlər artıb

Bakı. 2 fevral. REPORT.AZ/ Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının 386,961 mln. manatı və ya 50,68%-i qeyri-həyat sığortasının payına düşüb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə qeyri-həyat sığortası bazarı 11,89% böyüyüb.

İl ərzində qeyri-həyat sığortası üzrə ödənişlərin məbləği isə 142,5 mln. manat təşkil edib. Bu da ümumi qeyri-həyat sığortası üzrə yığımların 36,82%-ni təşkil etməklə, 2017-ci ilə nisbətən 12,66% çoxdur. Ümumiyyətlə isə hesabat dövründə sığorta ödənişlərinin 59,29%-ni qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü il ilə müqayisədə 0,4% azdır.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,82 manatı ödəniş edilib. 

Son xəbərlər

Orphus sistemi