Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,6% artaraq 29,5 mlrd. manata çatıb.
Maliyyə
14 Noyabr , 2018 11:54
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,6% artaraq 29,5 mlrd. manata çatıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ticarət dövriyyəsinin 14,8 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib. Bu illik müqayisədə müvafiq olaraq 2,1%3,2% çoxdur.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

10 ay ərzində istehlak məhsullarının 17%-ni ticarət müəssisələri, 50,9%-ni fərdi sahibkarlar, 32,1%-ni isə bazar və yarmarkalar satıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,1% artıb, fərdi sahibkarlar üzrə 1,1%, bazar və yarmarkalar üzrə isə 4,4% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi