Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2%-ə yaxın azalıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2%-ə yaxın azalıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Maliyyə
210
11 Sentyabr , 2020 12:34
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2%-ə yaxın azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 24,6 milyard manatlıq, o cümlədən 13,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,3% artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub: 

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla

2019-cu ilin yanvar - avqust aylarına nisbətən,

faizlə

Pərakəndə ticarət dövriyyəsi 24 564,3 98,2
o cümlədən:
ərzaq məhsulları 12 014,7 103,6
içkilər və tütün məmulatları 1 273,0 100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 3 593,5 81,0
elektrik malları və mebellər 1 358,7 92,0
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 190,2 95,4
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 439,6 137,7
avtomobil benzini və dizel yanacağı 1 331,0 99,5
digər qeyri-ərzaq malları 4 363,6 100,4

Bu ilin yanvar-avqust aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,9%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 14,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 22,8%-i ticarət müəssisələri, 50,8%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,9%, fərdi sahibkarlar üzrə 1,1% artıb, bazar və yarmarkalarda isə 13,7% azalıb.

Bu ilin yanvar-avqust aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 308,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 166,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq malları alıb.   

Orphus sistemi