​Azərbaycanın neft bölməsinə sərmayələr 24% artıb

​Azərbaycanın neft bölməsinə sərmayələr 24% artıb Qeyri-neft sektoruna investisiyalar isə 10% azalıb
Maliyyə
22 Dekabr , 2014 10:57
​Azərbaycanın neft bölməsinə sərmayələr 24% artıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyuluşu ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 9,9% azalaraq cari ilin yanvar-noyabr aylarında 9,269 mlrd. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumi sərmayənin 8,3%-i və ya 1,222 mlrd. manatı qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib.

Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 71,3%-i dövlət müəssisə və təşkilatlarının payına düşüb.

Statistikaya əsasən, 2014-cü ilin yanvar-noyabr aylarında neft bölməsinə 5 424,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 24,4% artım deməkdir.

Son xəbərlər

Orphus sistemi