Azərbaycanın maliyyə sektorunda daha bir layihənin icrası yekunlaşıb - ƏLAVƏ OLUNUB

Azərbaycanın maliyyə sektorunda daha bir layihənin icrası yekunlaşıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 14:35-də verilib
Maliyyə
25 Sentyabr , 2019 14:50
Azərbaycanın maliyyə sektorunda daha bir layihənin icrası yekunlaşıb - ƏLAVƏ OLUNUB
Report / Elchin Murad

İlk xəbər saat 14:35-də verilib

Bu gün Bakıda "Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri" layihəsinin bağlanış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbir Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), Dünya Bankı Qrupunun, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə baş tutub.

Təqdimatda MBNP-nin İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov, IFC-nin vitse-prezidenti Hans Piter Lankes, SECO-nun nümayəndəsi Simona Haberli və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən IFC-nin sözçüsü Teymur Hacıyev deyib ki, layihə çərçivəsində ötən ilin mart ayında Azərbaycanda daşınar əmlakın yüklülüyü ilə bağlı tam elektron reyestr yaradılıb: “MBNP-nin məlumatına görə, indiyə qədər kredit verən təşkilatlar reyestrə 32 min borclu haqqında bildiriş göndəriblər".

***

H.P.Lankes isə bildirib ki, layihə çərçivəsində 2009-cu ildən bəri IFC Azərbaycanda 18 qanunun dəyişdiriməsində və hazırlanmasında iştirak edib. 

Bundan başqa, onun sözlərinə görə, daşınar əmlakın yüklülüyü ilə bağlı elektron reyestrə düşmüş 32 min borclunun əmlakının ümumi dəyəri 6,7 milyard manatdır. 

Son xəbərlər

Orphus sistemi