Bu ilin yanvar-mart aylarında Azərbaycanın korporativ qiymətli kağızlar bazarında 801,1 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,65% azdır.
Əvəzində son 1 ildə bu bazarda bağlanmış əqdlərin sayı 2,5% artaraq 661-ə çatıb.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarının 629,9 milyon manatlıq hissəsi ilkin bazarda, 171,2 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 36,7% çox və 50,4% azdır.
İl ərzində ilkin bazarda bağlanmış əqdlərin sayı 2,55 dəfə artaraq 46, təkrar bazarda bağlanmış əqdlərin sayı isə 1,9% azalaraq 615 olub.