Azərbaycanın investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır

Azərbaycanın investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətin səhm emissiyasını qeydə alıb
Maliyyə
3 Noyabr , 2016 11:03
Azərbaycanın investisiya şirkəti nizamnamə kapitalını formalaşdırır

Bakı. 3 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 2 manat olan 210 000 ədəd adi səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. AZ1001019954 nömrəsi ilə qeydiyyata alınan emissiya Şirkətə 420 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. Səhmlər qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Xalq Kapital İnvestisiya Şirkəti" "Xalq Bank" ASC-nin 100% törəmə müəssisəsi, "Xalq Kapital" MMC-nin hüququ varisidir. Şirkət 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq yenidən qurulub, adını və təşkilati-hüquqi formasını dəyişib. 420 min manatlıq kapital ona həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərməyə imkan verəcək.

Qeyd edək ki, ötən ilin sonuna yaxın təsdiq olunmuş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”a əsasən, investisiya şirkətləri yardımçı xidmətlər üçün minimum 75 min manat, əsas xidmətlər üçün isə minimum 300 min manat nizamnamə kapitalına malik olmalıdır.

Son xəbərlər

Orphus sistemi