Azərbaycanın icbari avtosığorta bazarı 10% artıb

Azərbaycanın icbari avtosığorta bazarı 10% artıb Orta sığorta haqqı aylıq müqayisədə 1,6% azalıb
Maliyyə
1 İyun , 2016 14:52
Azərbaycanın icbari avtosığorta bazarı 10% artıb

Bakı. 1 iyun. REPORT.AZ/ Cari ilin may ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 067 müqavilə qeydiyyata alınıb.

"Report"un Büroya istinadən verdiyi xəbərə görə, bunun 11 221-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Mayda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqqının məbləği 7,5 mln. manat olub.

Ötən ilin may ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9%, sığorta haqqının məbləğində isə 9,9% artım müşahidə edilib. May ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği aprel ilə müqayisədə 1,6% azalaraq 75,7 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi