Azərbaycanın gələn il üçün dövlət büdcəsi 37 milyard manata yaxın olacaq

Azərbaycanın gələn il üçün dövlət büdcəsi 37 milyard manata yaxın olacaq Azərbaycanın 2024-cü il üçün nəzərdə tutulan dövlət büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə 408 milyon manat artırılıb.
Maliyyə
26 Sentyabr , 2023 12:26
Azərbaycanın gələn il üçün dövlət büdcəsi 37 milyard manata yaxın olacaq

Azərbaycanın 2024-cü il üçün nəzərdə tutulan dövlət büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə 408 milyon manat artırılıb.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar Baş nazir Əli Əsədovun sədrliyi ilə sentyabrın 23-də Nazirlər Kabinetində keçirilmiş və büdcə layihələrinin müzakirəsinə həsr olunmuş geniş iclasda qəbul olunub. Qərara əsasən, büdcənin gəlirləri ilə bağlı proqnoz 33 milyard 765 milyon manatdan 34 milyard 173 milyon manata, büdcənin xərcləri ilə bağlı proqnoz isə 36 milyard 355 milyon manatdan 36 milyard 763 milyon manata çatdırılıb. Son nəticədə büdcədə 2 milyard 590 milyon manat kəsir yaranmalıdır.

Son xəbərlər

Orphus sistemi