Azərbaycanın dövlət qiymətli kağızlar bazarı 41% böyüyüb

Azərbaycanın dövlət qiymətli kağızlar bazarı 41% böyüyüb Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət qiymətli kağızlar bazarında 3 671,8 milyon manatlıq əməliyyat aparılıb.
Maliyyə
7 May , 2019 12:28
Azərbaycanın dövlət qiymətli kağızlar bazarı 41% böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət qiymətli kağızlar bazarında 3 671,8 milyon manatlıq əməliyyat aparılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur.

Son 1 ildə bu bazarda bağlanmış əqdlərin sayı isə 34,7% artaraq 466-ya çatıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının 3 514,9 milyon manatlıq hissəsi ilkin bazarda, 156,9 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb. Bu, illik müqayisədə müvafiq olaraq 36,2% və 5,7 dəfə çoxdur.

İl ərzində ilkin bazarda bağlanmış əqdlərin sayı 15,1% artaraq 351, təkrar bazarda bağlanmış əqdlərin sayı isə 2,8 dəfə artaraq 115 olub. 

Son xəbərlər

Orphus sistemi