Azərbaycanın dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlər üzrə proqnoz azaldılır

Azərbaycanın dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlər üzrə proqnoz azaldılır Bakı. 12 iyun. REPORT.AZ/ Yenidən baxılma ilə dövlət büdcəsində qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 027,0 mln. manat azaldılması nəzərdə tutulur.
Maliyyə
12 İyun , 2018 17:17
Azərbaycanın dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlər üzrə proqnoz azaldılır
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Yenidən baxılma ilə dövlət büdcəsində qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 027,0 mln. manat azaldılması nəzərdə tutulur.

“Report” bu barədə 2018-ci ilin dəqiqləşdirilmiş büdcə layihəsinə istinadən xəbər verir.

Vergi qanunvericiliyi və inzibatçılığında həyata keçirilməsi nəzərdə tutulan islahatların vergi ödəyicilərinə ehtimal edilən mənfi təsirini azaltmaq və əlavə dəyər vergisinin inzibatçılığı çərçivəsində gömrük orqanları ilə vergi orqanları arasında əlavə dəyər vergisinin ödənişlərində yaranmış disproporsiyanın mərhələlərlə aradan qaldırılması zərurətini nəzərə alaraq qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 027,0 mln. manat azaldılması, neftin satış qiymətinin artımı hesabına neft gəlirləri üzrə daxilolmaların 500 mln. manat artırılması, yekunda Vergilər Nazirliyinin xətti ilə təsdiq edilmiş proqnozun 527 mln. manat azaldılması nəzərdə tutulur.

Qeyd olunan artım və azalmalar nəzərə alınmaqla, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 380,0 mln. manat təşkil edəcək ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 mln. manat və yaxud 5,8% çoxdur.

Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 mlrd. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 mln. manat və yaxud 3,7%, 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,027 mlrd. manat və yaxud 17,0% azdır. 

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 155,0 mln. manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725,0 mln. manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 546,2 mln. manat və ya 20,9% çoxdur.

Son xəbərlər

Orphus sistemi