Azərbaycanın dövlət büdcəsində cari xərclər artırılır, əsaslı xərclər isə azaldılır

Azərbaycanın dövlət büdcəsində cari xərclər artırılır, əsaslı xərclər isə azaldılır Azərbaycanın gələnilki dövlət büdcəsinin xərclərinin 20 062,2 milyon manatını və yaxud 67,1%-ni cari xərclər təşkil edəcək.
Maliyyə
126
6 Noyabr , 2021 10:09
Azərbaycanın dövlət büdcəsində cari xərclər artırılır, əsaslı xərclər isə azaldılır

Azərbaycanın gələnilki dövlət büdcəsinin xərclərinin 20 062,2 milyon manatını və yaxud 67,1%-ni cari xərclər təşkil edəcək.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 11,3% çoxdur.

Büdcə xərclərinin 8 024,8 milyon manatı və yaxud 26,9%-i isə əsaslı xərclər olacaq. Bu isə illik müqayisədə 3,5% azdır.

Gələn il dövlət borcuna xidmətlə bağlı xərclər isə bu illə müqayisədə 18,55% az - 1 792 milyon manat yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi