Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 18,7% proqnozlaşdırılır

Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 18,7% proqnozlaşdırılır Bakı 4 noyabr. REPORT.AZ/ Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbətinin 2018-ci ildə 18,7% olacağı gözlənilir. Daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,1% proqnozlaşdırılır.
Maliyyə
4 Noyabr , 2017 13:18
Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti 18,7% proqnozlaşdırılır

Bakı 4 noyabr. REPORT.AZ/ Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbətinin 2018-ci ildə 18,7% olacağı gözlənilir. Daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1,1% proqnozlaşdırılır.

Bu barədə “Report” 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

2016-cı ildə məcmu dövlət borcunun ÜDM-ə nisbəti 22,3%, daxili dövlət borcunun ÜDM-ə nisbəti 2,0% təşkil edib. Bu göstərici 2015-ci ildə müvafiq olaraq, 28,3% və 8,5%, 2014-cü ildə 11,2% və 2,6% olub. 

2018-ci ildə ÜDM-in həcmi 69 395,4 mln. manat olmaqla 1,5% real artım tempi ilə proqnozlaşdırılıb.

Qeyd edək ki, tələbə əsasən, inkişaf etmiş ölkələrdə məcmu dövlət borcu ÜDM-in 60%-dən, inkişaf etməkdə olan ölkələrdə 40%-dən yüksək olmamalıdır. 

Son xəbərlər

Orphus sistemi