Azərbaycanın dəstəyi ilə Monteneqro dövlət orqanı Eqmont Qrupuna üzv olub

Azərbaycanın dəstəyi ilə Monteneqro dövlət orqanı Eqmont Qrupuna üzv olub Onun üzvlüyə qəbul olunma prosesi uğurla yekunlaşaraq 3 noyabrda Monteneqro MMO-sunun sözügedən quruma tamhüquqlu üzv seçilməsi ilə nəticələnib
Maliyyə
4 Noyabr , 2020 16:37
Azərbaycanın dəstəyi ilə Monteneqro dövlət orqanı Eqmont Qrupuna üzv olub

Azərbaycan qlobal arenada mövqeyinin və nüfuzunun möhkəmləndirilməsi istiqamətində beynəlxalq təşkilatlar və digər ölkələrlə əməkdaşlığını davam etdirir. Dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan Eqmont Qrupuna üzvlüyü çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) dəstəyilə Monteneqronun MMO-su olan Çirkli Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə Departamentinin Eqmont Qrupuna üzvlüyə qəbul olunma prosesi uğurla yekunlaşaraq 3 noyabr tarixində Monteneqro MMO-sunun sözügedən quruma tamhüquqlu üzv seçilməsi ilə nəticələnib.

Bu barədə “Report”a MMX-dən məlumat verilib.

Belə ki, bu proses çərçivəsində Monteneqro MMO-nun üzvlük müraciəti MMX-nin dəstəyi ilə hazırlanaraq müvafiq səyyar yoxlaması üzrə hesabatla birgə Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq İşçi Alt-Qrupuna təqdim edilmiş, qiymətləndirmə və müzakirələr əsasında Eqmont Qrupunun ali idarəetmə orqanı olan MMO Rəhbərləri Şurasına müsbət rəylə təqdim edilib.

MMO Rəhbərləri Şurası, öz növbəsində, bu rəyi qəbul edərək Monteneqro MMO-nun üzvlüyünü təsdiq edib.

Xatırladaq ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Ottava şəhərində yerləşən Eqmont Qrupu cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 166 ölkənin üzv olduğu vahid təşkilatdır. MMO-ların PL/TMM üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi bu təşkilatı xüsusilə aktuallaşdırır, habelə PL/TMM üzrə dünya standartlarına uyğun olaraq beynəlxalq səviyyədə məlumat mübadiləsi aparmaq üçün etibarlı platformaya çevirir. Azərbaycan Eqmont Qrupunun 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib.

Son xəbərlər

Orphus sistemi