Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı 11% azalıb

Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı 11% azalıb ​Mart ayında daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar illik müqayisədə 30% artıb
Maliyyə
111
4 Aprel , 2016 10:30
Azərbaycanın daşınmaz əmlakın icbari sığortası bazarı 11% azalıb

Bakı. 4 aprel. REPORT.AZ/ Cari ilin mart ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 5 245 sığorta müqaviləsi bağlanıb. "Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,9 mln. manatdan çox olub. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 68,4%-i yaşayış evləri və mənzillər, 0,7%-i inzibati binalar, 31,1%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43,2% azalma, sığorta haqlarının məbləğində isə 29,7% artım müşahidə edillib.

Ümumilikdə, 2016-cı ilin birinci rübü ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 15 970 sığorta müqaviləsi bağlanılıb, bu müqavilələr üzrə sığorta haqlarının məbləği 8,4 mln. manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 45,7%, sığorta haqlarının həcmində isə 10,9% azalma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi