Azərbaycanın cari əməliyyatlar balansının qalığı 6 dəfəyə yaxın artıb

Azərbaycanın cari əməliyyatlar balansının qalığı 6 dəfəyə yaxın artıb Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 10 330,9 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.
Maliyyə
15 sentyabr 2022 11:12
Azərbaycanın cari əməliyyatlar balansının qalığı 6 dəfəyə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 10 330,9 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 13 022,4 milyon dollarlıq qalıq (3,7 dəfə çox), xidmətlər balansındakı 1 331,7 milyon dollarlıq kəsir (2,4 % çox), ilkin gəlirləri balansındakı 2 653,5 milyon dollarlıq kəsir (4,8 dəfə çox) və təkrar gəlirlər balansındakı 1 293,7 milyon dollarlıq qalıq (5,9 % çox) hesabına formalaşıb.

“Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 27,6%-ni təşkil edib. Neft-qaz sektorunda CƏB-in qalığı ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə artaraq 12,5 milyard dollara çatıb, qeyri-neft-qaz sektorunda CƏB-in kəsiri isə 17,9 % azalaraq 2,2 milyard dollara düşüb", - deyə AMB bəyan edib.

Son xəbərlər

Orphus sistemi