Azərbaycanın cari əməliyyatlar balansının qalığı 3% azalıb

Azərbaycanın cari əməliyyatlar balansının qalığı 3% azalıb Bu ilin yanvar-mart aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 627,7 milyon ABŞ dolları qalıq yaranıb.
Maliyyə
14 İyun , 2021 12:46
Azərbaycanın cari əməliyyatlar balansının qalığı 3% azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 627,7 milyon ABŞ dolları qalıq yaranıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır.

Məlumata görə, rüblük qalıq xarici ticarət balansındakı 1 548,8 milyon dollarlıq qalıq (illik müqayisədə 17,3% az), xidmətlər balansındakı 818,2 milyon dollarlıq kəsir (1% az), ilkin gəlirləri balansındakı 200,1 milyon dollarlıq kəsir (2,3 dəfə az) və təkrar gəlirlər balansındakı 97,2 milyon dollarlıq qalıq (72 % çox) hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi