Azərbaycanın bank sektorunun xalis mənfəəti 6 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 6 % artıb Azərbaycanın bank sektoru ötən il 567,8 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
26 Yanvar , 2021 17:09
Azərbaycanın bank sektorunun xalis mənfəəti 6 % artıb

Azərbaycanın bank sektoru ötən il 567,8 milyon manat xalis mənfəət əldə edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 5,8 % çoxdur.

Ötən il bankların əməliyyat gəlirləri 2 592,6 milyon manat (əvvəlki ilə nisbətən 2 % az), əməliyyat xərcləri 1 729 milyon manat (1,4 % az), xüsusi ehtiyatlara ayırmaları 130,9 milyon manat (40,48 % az), digər gəlirləri 0,6 milyon manat (97,2 % az) mənfəət vergisi ödəmələri isə 165,5 milyon manat (6 % çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi