Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 428,1 milyon manat xalis mənfəət əldə edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çoxdur.
7 ay ərzində bankların əməliyyat gəlirləri 1 483,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1% az), əməliyyat xərcləri 939,1 milyon manat (2% az), xüsusi ehtiyatlara ayırmaları 20,7milyon manat (82,3% az), mənfəət vergisi ödəmələri isə 95,3 milyon manat (2,5 dəfə çox) təşkil edib.